Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin TəlimTədris Mərkəzi

“Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda beynəlxalq konfrans çərçivəsində Azərbaycan-Belarus nümayəndə heyətləri arasında torpaq münasibətlərinin tənzimlənməsi sahəsində təcrübə mübadiləsi keçirilmişdir.

Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə 29 noyabr tarixində keçirilmiş “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev və onun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdular. Tədbir çərçivəsində 30 noyabr 2017-ci il tarixində Belarus Respublikası Dövlət Əmlak Komitəsinin nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan “Belqirpozem” Layihə İnstitutunun baş mühəndisi Bober Nikolay Pavloviçi və “Vitebskqiprozem” Layihə İnstitutunun direktoru Danilov Vyaçeslav Nikiforoviçi təcrübə mübadiləsinin aparılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində görüşlər keçirmişdilər. Görüş zamanı torpaq ehtiyatlarının idarəedilməsinin təkmilləşdirilməsi sahəsində qarşılıqlı müzakirələr aparılmışdır. Belə ki, Belarus Respublikasından olan nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin yaradılması barədə, qurum yaranarkən qarşıda duran prioritet vəzifələr, torpaq qanunvericiliyi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi, yerli icra hakimiyyətləri tərəfindən torpaqların ayrılması və icarəyə verilməsinə dair sənədlərə rəylərin verilməsi prosedurları barədə məlumatlar verilmişdir. 
Qeyd edilmişdir ki, Agentlik tərəfindən görülmüş işlər nəticəsində 166 min hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilmiş və 24 Aqropark və 9 iri təsərrüfat obyektləri yaradılaraq investorların istifadəsinə verilmişdir. Ümumilikdə ölkə üzrə yaradılmış aqroparkların sayı 38 və iri fermer təsərrüfatlarının sayı 32-dir.
Eyni zamanda, torpaq bazarının təşkili məqsədi ilə Agentliyin fəaliyyət dövrü ərzində 3354 torpaq sahəsinin (6896.89 hektar) mülkiyyətə və icarəyə verilməsi məqsədi ilə hərrac və ya müsabiqəyə çıxarılması, əhalinin maarifləndirilməsi məqsədi ilə bölgələrdə işgüzar Forumların təşkili barədə ətraflı məlumat verilmişdir. Eləcə də, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə fəaliyyət göstərdiyi dövr ərzində Agentliyin müfəttişləri tərəfindən 1835 inzibati protokol yazılmaqla torpaq qanunvericiliyini pozan fiziki və hüquqi şəxslərə qarşı 1 254 000 manat cərimələrin tətbiq edilməsi haqqında məlumat nümayəndə heyətinin üzvlərinin nəzərlərinə çatdırılmışdır.
Bununla yanaşı, peyk nəzarət sisteminin və pilotsuz uçuş aparatlarının gələcəkdə ölkəmizdə tətbiqi ilə bağlı Sloveniyanın “Sinergise” şirkəti ilə danışıqların aparılmasından bəhs olunmuşdur. Sözügedən texnologiyaların tətbiqi torpaq sahələrində baş verən dəyişkənliklərin kameral şəkildə monitorinqlərinin aparılmasına şərait yaradacaqdır. Bu sistem vasitəsi ilə hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr ayırdetmə çəkilişlərini aparmaqla nəzarət mexanizminin qurulması mümkün olacaqdır.
Görüş zamanı Belarus Respublikasının nümayəndə heyəti adından çıxış edən Bober Nikolay Pavloviç kənd təsərrüfatı təyinatlı və meşə fondu torpaqlarının dövlətin müstəsna mülkiyyətində olmasından, torpaqlara onlayn qaydada nəzarətin həyata keçirilməsindən, Peyk nəzarət sisteminin və pilotsuz uçuş aparatlarının artıq Belarusiyada tətbiqindən bəhs etmişdir.
Daha sonra Belarusiyalı nümayəndələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində olmuşdular. Komitənin Torpaq və Geobotaniki Tədqiqatlar Laboratoriyasında görülən işlər və yenidən qurulmuş laboratoriya kompleksi ilə yaxından tanış olmuşlar.
Qonaqlara laboratoriyada aparılan torpaq analizlərinin nəticələri barədə ətraflı məlumat verilmiş və bu işlərin hansı ardıcıllıqla həyata keçirilməsi əyani surətdə göstərilmişdir. Belə ki, Laboratoriyada istifadə olunan Avtomatik kalsimetr – torpaq nümunəsində karbonatlığın təyini, Müasir formada yarımavtomat kalsimetr – torpaq nümunəsində karbonatlığın təyini, Avtomatik titratr – Anion və kationların təyini, Avtomatik nəmlik ölçən cihaz – Hiqroskopik nəmlik, Qranulometrik analiz üçün avtomatik pipetlə birlikdə olan qurğu – Qranulometrik tərkib, Müasir termostatlar – quru qalığın təyini, Analitik və elektron tərəzilər, Müasir pH metr, Alovlu fotometr – Udulmuş Na təyini, Torpaq əzən maşın, Bitki nümunələrini üyüdən avtomatik maşın kimi ən son müasir avadanlıqlarla tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.
Bundan başqa, nümayəndə heyətinin üzvləri MMC-yə məxsus olan iki mobil səyyar avtobus laboratoriyaları ilə də tanış olmuşlar. Mobil laboratoriyada olan Avtomatik torpaq döyən maşın, Avtomatik torpaq ələyən maşın, torpaq çəkmək üçün platformalı elektron tərəzi, Analitik elektron tərəzi, müasir pH metr, Avtomatik nəmlik ölçən cihaz, Elektrik qum hamamı, Termostat, Kalsimetr, Distilyatr, MPK-nı təyin eləyən yeni Pauntest 500, Kiçik qranulometrik tərkibi təyin edən qurğu, torpağın temperaturunu ölçən müasir termometrlər, Mobil laboratoriyada lazım olan kimyəvi qablar, torpaq nümunəsi götürmək üçün xüsusi qurğu (BUR), yazı masası, Generator kimi müasir avadanlıqlar onlarda xüsusi maraq yaratmışdır.
Torpaqların keyfiyyət göstəricilərinin müəyyən edilməsi (keyfiyyət uçotu) ilə bağlı yerinə yetirilən işlərin ən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməsi qonaqların xüsusi diqqətinə səbəb olmuşdur.
Görüşün yekununda tərəflər gələcəkdə də, təcrübə mübadiləsi məqsədi ilə iki dövlət arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsi üçün səfərlərin təşkil olunmasına ehtiyyacın olduğunu bildirmişlər.Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin təşkilatçılığı ilə 29 noyabr tarixində keçirilmiş “Daşınmaz Əmlak, Özəlləşdirmə və İnvestisiyalar” mövzusunda keçirilən beynəlxalq konfransda iştirak etmək məqsədilə Belarus Respublikası Dövlət Əmlak Komitəsinin sədri cənab Andrey Qayev və onun başçılıq etdiyi nümayəndə heyəti ölkəmizdə səfərdə olmuşdular. Tədbir çərçivəsində 30 noyabr 2017-ci il tarixində Belarus Respublikası Dövlət Əmlak Komitəsinin nümayəndə heyətinin tərkibində Azərbaycanda səfərdə olan “Belqirpozem” Layihə İnstitutunun baş mühəndisi Bober Nikolay Pavloviçi və “Vitebskqiprozem” Layihə İnstitutunun direktoru Danilov Vyaçeslav Nikiforoviçi təcrübə mübadiləsinin aparılması məqsədi ilə Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyində görüşlər keçirmişdilər. Görüş zamanı torpaq ehtiyatlarının idarəedilməsinin təkmilləşdirilməsi sahəsində qarşılıqlı müzakirələr aparılmışdır. Belə ki, Belarus Respublikasından olan nümayəndə heyətinə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 04 may 2015-ci il tarixli 516 nömrəli Fərmanına əsasən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Torpaqların Dövlət İdarəetməsinin Təşkili üzrə Dövlət Agentliyinin yaradılması barədə, qurum yaranarkən qarşıda duran prioritet vəzifələr, torpaq qanunvericiliyi sahəsində hüquqi bazanın təkmilləşdirilməsi, torpaqların bir kateqoriyadan digərinə keçirilməsi, yerli icra hakimiyyətləri tərəfindən torpaqların ayrılması və icarəyə verilməsinə dair sənədlərə rəylərin verilməsi prosedurları barədə məlumatlar verilmişdir. 
Qeyd edilmişdir ki, Agentlik tərəfindən görülmüş işlər nəticəsində 166 min hektar torpaq sahəsinin kateqoriyası dəyişdirilmiş və 24 Aqropark və 9 iri təsərrüfat obyektləri yaradılaraq investorların istifadəsinə verilmişdir. Ümumilikdə ölkə üzrə yaradılmış aqroparkların sayı 38 və iri fermer təsərrüfatlarının sayı 32-dir.
Eyni zamanda, torpaq bazarının təşkili məqsədi ilə Agentliyin fəaliyyət dövrü ərzində 3354 torpaq sahəsinin (6896.89 hektar) mülkiyyətə və icarəyə verilməsi məqsədi ilə hərrac və ya müsabiqəyə çıxarılması, əhalinin maarifləndirilməsi məqsədi ilə bölgələrdə işgüzar Forumların təşkili barədə ətraflı məlumat verilmişdir. Eləcə də, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarətinin həyata keçirilməsi məqsədi ilə fəaliyyət göstərdiyi dövr ərzində Agentliyin müfəttişləri tərəfindən 1835 inzibati protokol yazılmaqla torpaq qanunvericiliyini pozan fiziki və hüquqi şəxslərə qarşı 1 254 000 manat cərimələrin tətbiq edilməsi haqqında məlumat nümayəndə heyətinin üzvlərinin nəzərlərinə çatdırılmışdır.
Bununla yanaşı, peyk nəzarət sisteminin və pilotsuz uçuş aparatlarının gələcəkdə ölkəmizdə tətbiqi ilə bağlı Sloveniyanın “Sinergise” şirkəti ilə danışıqların aparılmasından bəhs olunmuşdur. Sözügedən texnologiyaların tətbiqi torpaq sahələrində baş verən dəyişkənliklərin kameral şəkildə monitorinqlərinin aparılmasına şərait yaradacaqdır. Bu sistem vasitəsi ilə hər 5 gündən bir bütün ölkə ərazisinin 10 metr ayırdetmə çəkilişlərini aparmaqla nəzarət mexanizminin qurulması mümkün olacaqdır.
Görüş zamanı Belarus Respublikasının nümayəndə heyəti adından çıxış edən Bober Nikolay Pavloviç kənd təsərrüfatı təyinatlı və meşə fondu torpaqlarının dövlətin müstəsna mülkiyyətində olmasından, torpaqlara onlayn qaydada nəzarətin həyata keçirilməsindən, Peyk nəzarət sisteminin və pilotsuz uçuş aparatlarının artıq Belarusiyada tətbiqindən bəhs etmişdir.
Daha sonra Belarusiyalı nümayəndələr Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətində olmuşdular. Komitənin Torpaq və Geobotaniki Tədqiqatlar Laboratoriyasında görülən işlər və yenidən qurulmuş laboratoriya kompleksi ilə yaxından tanış olmuşlar.
Qonaqlara laboratoriyada aparılan torpaq analizlərinin nəticələri barədə ətraflı məlumat verilmiş və bu işlərin hansı ardıcıllıqla həyata keçirilməsi əyani surətdə göstərilmişdir. Belə ki, Laboratoriyada istifadə olunan Avtomatik kalsimetr – torpaq nümunəsində karbonatlığın təyini, Müasir formada yarımavtomat kalsimetr – torpaq nümunəsində karbonatlığın təyini, Avtomatik titratr – Anion və kationların təyini, Avtomatik nəmlik ölçən cihaz – Hiqroskopik nəmlik, Qranulometrik analiz üçün avtomatik pipetlə birlikdə olan qurğu – Qranulometrik tərkib, Müasir termostatlar – quru qalığın təyini, Analitik və elektron tərəzilər, Müasir pH metr, Alovlu fotometr – Udulmuş Na təyini, Torpaq əzən maşın, Bitki nümunələrini üyüdən avtomatik maşın kimi ən son müasir avadanlıqlarla tanışlıq qonaqlarda xoş təəssürat yaratmışdır.
Bundan başqa, nümayəndə heyətinin üzvləri MMC-yə məxsus olan iki mobil səyyar avtobus laboratoriyaları ilə də tanış olmuşlar. Mobil laboratoriyada olan Avtomatik torpaq döyən maşın, Avtomatik torpaq ələyən maşın, torpaq çəkmək üçün platformalı elektron tərəzi, Analitik elektron tərəzi, müasir pH metr, Avtomatik nəmlik ölçən cihaz, Elektrik qum hamamı, Termostat, Kalsimetr, Distilyatr, MPK-nı təyin eləyən yeni Pauntest 500, Kiçik qranulometrik tərkibi təyin edən qurğu, torpağın temperaturunu ölçən müasir termometrlər, Mobil laboratoriyada lazım olan kimyəvi qablar, torpaq nümunəsi götürmək üçün xüsusi qurğu (BUR), yazı masası, Generator kimi müasir avadanlıqlar onlarda xüsusi maraq yaratmışdır.
Torpaqların keyfiyyət göstəricilərinin müəyyən edilməsi (keyfiyyət uçotu) ilə bağlı yerinə yetirilən işlərin ən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilməsi qonaqların xüsusi diqqətinə səbəb olmuşdur.
Görüşün yekununda tərəflər gələcəkdə də, təcrübə mübadiləsi məqsədi ilə iki dövlət arasında qarşılıqlı əməkdaşlığın davam etdirilməsi üçün səfərlərin təşkil olunmasına ehtiyyacın olduğunu bildirmişlər.